Salyanda "Anım Günü" ilə əlaqədar ağacəkmə aksiyası keçirildi — FOTOLAR

GÜNDƏM 26 sentyabr 2025, 17:22
Salyanda “27 sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Demokrat.az
xəbər verir ki, Salyan RİH-nin başçısı Rüstəm Xəlilovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, şəhid ailələrinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakları ilə Kür çayı sahilində ağacəkmə aksiyası baş tutub. Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 17:52
Top