"Azərbaycanda gənc nəslin sayı sürətlə azalır" — AÇIQLAMA

GÜNDƏM 26 sentyabr 2025, 18:25
"Azərbaycanda qadınların övlad sahibi olmamasının əsas səbəbləri, Avropadakı kimi sosial və mədəni amillər deyil. Burada əsasən yüksək yaşayış xərcləri, mənzil problemi və uşaq böyütməyin maddi ağırlığı ön plana çıxır. Halbuki Avropada qadınların çoxu az və ya heç uşaq doğmamağa, şəxsi azadlıqlarına, karyeraya, təhsilə və fərdi maraqlara üstünlük vermələrinə görə qərar verirlər. Onlar səyahət etmək, sərbəst yaşamaq və özlərini inkişaf etdirmək istəyirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Orxan Vəliyev deyib. 

O bildirib ki, əvvəllər mövcud olan nənə-baba və yaxın qohum dəstəyi indi zəifləyib:

"Azərbaycanda isə tam əksinə, qadınlar uşaq istəyi ilə yaşayır. Bu, həm ənənələrdən, həm də ailə dəyərlərindən qaynaqlanır. Övlad yalnız emosional bağ deyil, eyni zamanda gələcəkdə dayaq və arxa kimi qəbul edilir. Lakin bahalaşma, evsizlik və sosial təminatın zəifliyi həmin arzunun həyata keçməsini çətinləşdirir.Cəmi beş il ərzində I sinfə gedənlərin sayı 35 min nəfər, yəni təxminən 21,5% azalıb. Bu, həm doğum göstəricilərinin kəskin enməsi, həm də uşaqları ilə birlikdə ölkəni tərk edən ailələrin çoxalması ilə bağlıdır.
Təxminən 15 ildən sonra Azərbaycanda yaşlı əhalinin payı sürətlə yüksələcək, gənc nəsil isə nəzərəçarpacaq dərəcədə azalacaq".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 20:16
26 sentyabr 2025, 17:52
Top