Şəmkir rayonunda 54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 3-də ər-arvadın birgə yaşadıqları evdə baş verib. 1971-ci il təvəllüdlü Həbib arvadı Zahirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Onların arasında mübahisənin baş verməsinə səbəb isə arvadının gecə evdə qalmaması üstündə baş verib. Bu səbəbdən baş vermiş mübahisə əsnasında o, zərərçəkmiş şəxsin baş nahiyyəsinə əl zərbələri ilə vurub.
Hadisəni törədən Həbibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı təbii ehtiyacını gecələr ayaqyoluna etməyib, evə qab gətirməsi səbəbindən dəfələrlə ona bu barədə irad bildirib və xəbərdarlıq edib: “Hadisə günü saat 12:00-dayaşadığımız evdə yenidən zərərçəkmiş şəxs ilə evə qab gətirməsi ilə bağlı mübahisə etdik. Zərərçəkmiş ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbləşərək zərərçəkmiş şəxsin baş nahiyyəsinə yumruq zərbələri ilə vuraraq onu döydüm”.
İş üzrə zərərçəkmiş Zahirənin sözlərinə görə, mayın 2-də ərinə zəng edib və gecəni qızının evində qalacağını bildirib: “Həbib də mənimlə razılaşdı. Mayın 3-də, saat 12:00-da yaşadığım evə gəldim. Ərim gecəni evə gəlməməyimə görə sözlə irad bildirdi. Daha sonra isə yumruq zərbələri ilə baş nahiyyəmə zərbələr vuraraq məni döydü”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkmə müddətində Şəmkir rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Onun bu müddətdə Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməməsi tapşırılıb.
Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə
əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az