Zelenski: "Ukrayna İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq"

DÜNYA 27 sentyabr 2025, 22:16
Ukrayna bu payızda İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

"İsrailin kompleksi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz bu payızda iki "Patriot" sistemi alacağıq", - Zelenski brifinqdə deyib.

Bundan əlavə, Zelenski Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah alınmasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq müəyyən növ, o cümlədən uzaqmənzilli silahlar üçün müqavilələr bağlamağa hazır olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 sentyabr 2025, 22:38
27 sentyabr 2025, 20:57
27 sentyabr 2025, 18:57
Top