Gəncədə 22 avtobus marşrutu fəaliyyətə başlayır

GÜNDƏM 27 sentyabr 2025, 18:45

Gəncədə 22 avtobus marşrutu fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, yeni marşrut şəbəkəsinin tətbiqi mərhələli şəkildə həyata keçirilir.

Belə ki, sentyabrın 28-dən 1, 2, 3, 6, 7, 8 və 9 nömrəli marşrutlar fəaliyyətə başlayacaq. Avtobusların hərəkət istiqaməti aşağıdakılardır:

1 nömrəli marşrut: Gəncə Dəmiryol vağzalı – Yeni Gəncə (28 May prospekti);

2  nömrəli marşrut: Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi (dairəvi marşrut);

3 nömrəli marşrut: Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti;

6 nömrəli marşrut: Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi;

7 nömrəli marşrut: Poçt qəsəbəsi – Şəhidlər Xiyabanı (R20 Gəncə - Daşkəsən avtomobil yolu);

8 nömrəli marşrut: Dəmiryol deposu (Zaur İsmayılov küçəsi) – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);

9 nömrəli marşrut: Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi.

Sentyabrın 29-dan 4, 5, 11, 14 və G1 nömrəli marşrutlar fəaliyyətə başlayacaq. Bu avtobuslar aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

4 nömrəli marşrut: İmamzadə türbəsi – Cümhuriyyət prospekti;

5 nömrəli marşrut: Y.Məmmədəliyev küçəsi – V.Qocayev küçəsi;

11 nömrəli marşrut: Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi;

14 nömrəli marşrut: Qızılqaya qəsəbəsi (A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi (Parkın ətrafı);

G1 nömrəli marşrut: Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi (Parkın ətrafı).

Sentyabrın 30-dan 10, 12, 13, 15, 17, 18 və 20 nömrəli marşrutlar fəaliyyətə başlayacaq. Qeyd olunan avtobusların hərəkət istiqaməti aşağıdakılardır:

10 nömrəli marşrut: Poçt qəsəbəsi – N.Nərimanov küçəsi (Parkın ətrafı);

12 nömrəli marşrut: Gəncə Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası;

13 nömrəli marşrut: Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

15 nömrəli marşrut: Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

17 nömrəli marşrut: Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);

18 nömrəli marşrut: N.Nərimanov küçəsi (Parkın ətrafı) – Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);

20 nömrəli marşrut: Ə.Xəqani küçəsi (hərbi hissə) – N.Nərimanov küçəsi (Parkın ətrafı) 

Oktyabrın 1-dən isə 16, 19 və G2 nömrəli marşrutların fəaliyyətə başlaması nəzərdə tutulub. Bu marşrut xətləri üzrə avtobuslar aşağıda qeyd olunan istiqamətlərdə hərəkət edəcək:

16 nömrəli marşrut: Məhsəti qəsəbəsi (Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

19 nömrəli marşrut:  V.Qocayev küçəsi – “Grand” bazar;

G2 nömrəli marşrut: Göygöl avtostansiyası – N.Nərimanov küçəsi (Parkın ətrafı).

Bildirilib ki, Gəncədə icra edilən bu modelin gələcəkdə digər regionlarda da tətbiqi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 sentyabr 2025, 18:57
Top