“27 sentyabr – Anım Günü, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğulların müqəddəs xatirəsi anılır. Bu tarixin seçilməsində dərin mənəvi məna var. 2020-ci il sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələrinin rəşadət dolu yürüşünün başlanğıcıdır — həmin gündən etibarən dövlətimiz və xalqımız işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə mübarizəyə qalxdı. 44 gün davam edən bu müharibədə 3 mindən çox əsgər və zabit şəhid oldu, çoxsaylı igidlər isə yaralandı. Amma onların ruhu, şücaəti, fədakarlığı xalqımızın qəlbində yaşayır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, bugünkü Anım Günündə biz təkcə keçmişi yada salmırıq — biz gələcəyə baxırıq:
“Biz bu gün bir daha dünyaya sübut edirik ki, Azərbaycan xalqının iradəsinin qüdrəti qarşısında heç bir işğalçı dayana bilməz. Biz dövlət‑ordu‑xalq birliyi ilə dayanmışıq və bu birliyimiz bizim ən böyük gücümüzdür.Şəhidlərimizin xatirəsi yalnız bizim üçün deyil, gələcək nəsillər üçün örnəkdir. Onların adlarını, onların qəhrəmanlıq dastanlarını gələcək nəsillərə çatdırmaq bizim vəzifəmizdir.Şəhid ailələri bizim üçün müqəddəsdir. Onların acısı bizim acımızdır. Qazilərimiz və veteranlarımız — bizim canlı güzgümüzdür. Onlar döyüş meydanında, savaşın ağır günlərini yaşayanlardır”.
Deputat qeyd edib ki, bizim gəncliyimiz, uşaqlarımız bu qəhrəmanlıq tarixindən ilham almalıdırlar:
“Məktəblərdə, universitetlərdə, ictimai tədbirlərdə vətənpərvərlik dərsləri, anım saatları, şəhidlərimizin xatirəsinə dair layihələr olmalıdır. Gələcəkdə bu günləri unutmamalı, onlar üçün bu qəhrəmanlıq simvollarını qoruyub saxlamalıyıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! Qarşısında baş əydiyimiz bu qəhrəmanlar — əbədiyyən bizimlədir və nəsillər boyu xatırlanacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az