Hacıqabulda Anım Gününə həsr olunmuş tədbir keçirildi — FOTOLAR

SOSİAL 27 sentyabr 2025, 15:22
27 sentyabr 2025-ci il tarixində Hacıqabul rayonu Şəhidlər Xiyabanında  27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

Demokrat.az
xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhid ailələrinin ailə üzvləri və yaxınları, vətən müharibəsi iştirakçıları iştirak edib. Anım mərasimi şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Daha sonra şəhidlərin ruhuna dualar oxunub.

Hacıqabul rayonundan 2020-ci il 44 günlük vətən müharibəsində 24 nəfər, 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı isə 3 nəfər şəhid olub.

Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərzilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu Qələbədə ən çox payı var. Onların əziz xatirəsi böyüməkdə olan nəsil üçün örnəkdir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

Mərasim iştirakçıları tərəfindən şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb. Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu məqsədlə şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılılb.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top