Suriyada Bəşər Əsədin həbsinə order verildi

SOSİAL 27 sentyabr 2025, 14:41
Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "SANA" agentliyi məlumat verib.

"2011-ci ildə Dəraada baş verən hadisələrlə bağlı ittihamlar üzrə Bəşər Əsədin qiyabi həbsinə dair order verilib", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də silahlı müxalif qüvvələrin Dəməşqə daxil olmasından sonra Suriya prezidenti vəzifəsini tərk edib və ölkədən qaçıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top