Güclü yanğın olan obyekt bu şirkətin imiş

GÜNDƏM 27 sentyabr 2025, 13:37
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarların birində güclü yanğın baş verib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Metbuat.az-ın məlumatına görə, yanğın baş verən anbar "Sham Fi" MMC-yə məxsusdur.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan "Sham Fi" şirkəti "Belous", "Dr. Korner", "Kirlangic", "Borjomi", "President" kimi tanınmış markaların Azərbaycandakı distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri distribusiya və logistikadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top