
Yasamal rayonu, Şərifzadə küçəsində növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar.
Məsələ ilə bağlı Tribunainfo.az-a müraciət edən sakinlər bildirirlər ki, sözügedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir və bu, ərazidə yaşayan insanların narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, tikinti işlərinə bayramqabağı — nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu, Bakıdakı “klassik sxem”dir: tikinti ya şənbə-bazar günləri, ya da uzunmüddətli istirahət günlərində həyata keçirilir ki, nə yerli icra hakimiyyəti, nə də şəhərsalma qurumları müdaxilə edə bilsin.
Məqsəd isə açıqdır — qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq.