
“Haaqada prezident Donald Trampla yaxşı görüşümüz oldu“.
AzPost bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski paylaşımnda bildirib.
Zelenski Prezident Trampı Yaxın Şərqdəki uğurlu əməliyyat münasibətilə təbrik edib: “Əhəmiyyətli odur ki, ABŞ-ın hərəkətləri təkcə onun nüvə proqramını deyil, həm də dron istehsal imkanlarını zəiflətdi. Biz vəziyyəti izləməyə davam edəcəyik”.
Zelenski Tranpla Amerika hava hücumundan müdafiə sistemlərinin alınmasını müzakirə edib. “Ukrayna bu avadanlığı almağa və Amerika silah istehsalçılarını dəstəkləməyə hazırdır. Avropa kömək edə bilər. Dronların birgə istehsalı potensialını da müzakirə etdik”.
Zelenski həmçinin İstanbulda texniki qrup toplantılarının görüşü, eləcə də əsir və həlak olanların mübadiləsi ilə bağlı prezidentə məlumat verib. Rusiya əsgərlərinin cəsədlərini təhvil verib. Hazırda Kiyevdə onların qohumlarının tanınması üçün məhkəmə-tibbi ekspertizaları aparılır.
“Döyüş meydanındakı vəziyyəti müzakirə etdik. Putin qəti olaraq qalib gəlmir. Mən faktiki olaraq yerlərdə baş verənlərlə bağlı faktları prezidentə təqdim etdim. Görüş və dəstəyə görə təşəkkür edirəm. Biz işləməyə davam edəcəyik”-deyə Zelenski vurğulayıb.