Millət vəkili: "COP29-a dəstək gündən-günə artmaqdadır"

GÜNDƏM 24 oktyabr 2024, 19:52
 “BRICS təşkilatı yeni yaranmağına baxmayaraq artıq dünya siyasətində ciddi rol oynamağa başlayıb. Kazan sammiti diqqəti mərkəzindədir. Qarşılıqlı iqtisadi əlaqələr, dünyada baş verən hadisələrə ümumi bir münasibətin formalaşması burada mühüm əhəmiyyət kəsb edir. Sammitdə diqqəti çəkən əsas məsələlərdən biri Bakıda keçiriləcək COP29 tədbirinin dəstəklənməsi oldu”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə qeyd edib ki, Rusiya, Çin, Hindistan, Braziliya kimi nəhəng ölkələr bu tədbirin Azərbaycanda keçirilməsini dəstəklədi:

“Eyni zamanda dünya birliyində iqtisadi və siyasi gücü ilə seçilən digər ölkələr də Azərbaycana dəstəyini ifadə etdi. COP29-a dəstək gündən-günə artmaqdadır. Artıq 40 minə qədər iştirakçı tədbirdə iştirak üçün akkreditasiyadan keçib”. 
Qərbin müəyyən dairələrinin tədbirlə bağlı qərəzli yanaşmasına gəlincə, millət vəkili qeyd edib ki, bu, Azərbaycana qarşı Qərbin ədalətsiz mövqeyindən irəli gəlir:

“Bu ölkələr Azərbaycanın müstəqil daxili və xarici siyasət aparmasını həzm edə bilmir. Azərbaycanı problemlər içərisində əziyyət çəkən digər neft ölkələri kimi görmək istəyir. Ancaq onların qərəzli çağırışlarına baxmayaraq bu möhtəşəm tədbir ölkəmizdə baş tutacaq. Qısa zamanda bu tədbirə hazırlıq işləri yüksək səviyyədə görüldü. COP29 dünya tarixində həm ona hazırlıq işləri, həm siyasi gücü, həm də bu platformada qəbul edilən qərarların əhəmiyyəti baxımından əlamətdar bir tədbirdir”.

Törə Zeynallı
Demokrataz

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top