"Azərbaycan Xocalı soyqırımına görə Ermənistanın cavab verməsini tələb etməlidir" — ŞƏRH

GÜNDƏM 24 oktyabr 2024, 18:30
 Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Bu barədə görüşün yekunlarına dair Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.  

Siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanla sülhə gəlmək ehtimalından daha çox onun provakasiyaları davam etdirmək ehtimalı daha böyükdür:

“Əlbəttə, istərdik ki, sülhlə bağlı variant daha real olsun, amma ləyaqəti olmayan bir dövlət dayanır qarşımızda. Sülh müqaviləsi imzalanandan sonra belə biz bu ölkəyə güvənə bilmərik. Ermənistanın Azərbaycan qarşısında yerinə yetirməli olduğu çox məsələlər var. Saxta 1915-ci il hadisələrinə görə Türkiyəni dırnaqarası soyqırım adı altında manipulyasiya edirlər. Biz də Ermənistanın Xocalı soyqırımı və 20-ci əsrin əvvəllərindən 90-cı illərinədək Azərbaycan torpaqlarında ermənilərin törətdiyi bütün qətliamlara görə cavab verməsini tələb edə bilərik. Bundan əlavə, Azərbaycana qarşı urbisid, ekosid, mədəni soyqırım kimi vandalizm akları törədilib. Ermənistan bunlara da cavab verməlidir. Hesab edirəm ki, qarşıda Azərbaycanla Ermənistan arasında uzun və mürəkkəb bir proses var. Qarşımızdakı dövlət  olduğu üçün pozitiv qənaətə gəlmək çətindir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top