Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammiti davam edir. BRICS çərçivəsində vahid valyuta məsələsi hazırda gündəmdədir. Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin BRICS-in müstəqil ödəniş və hesablaşma sxemi yaradacağını açıqlamışdı. Onun sözlərinə görə, Rusiya BRICS-ə üzv ölkələrlə rəqəmsal valyutaların investisiya məqsədləri üçün istifadəsi ilə bağlı danışıqlar aparır. Bununla belə, Rusiya prezidenti BRICS ölkələrinin vahid valyuta yaradılması məsələsini hələ nəzərdən keçirmədiyini qeyd edib. O, bu məsələdə diqqətli olmağın və tələsməməyin vacib olduğunu deyib. Braziliya Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean regionu üzrə katibi Eduardo Paes Saboya isə bildirib ki, BRICS ölkələri ödəniş platformaları və milli valyutaların istifadəsi ilə bağlı danışıqlar aparır. Braziliyalı nazir bu çərçivədə vahid valyutanın yaradılmasının müzakirə olunmadığını diqqətə çatdırıb.
İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşüb. P.Heydərov bu cür perspektivlər haqda danışmağın hələ tez olduğunu hesab edir:
“BRICS ölkələri çox sürətlə inkişaf edir. Keçən il BRICS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7%-ni təşkil edirdi. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10,2% artıb. “G7” ölkələrinin qlobal iqtisadiyyatda payısa bu müddətdə 9.7% azalıb və 29%-ə düşüb. Ümumiyyətlə, BRICS ölkələrinin dünya ümumi daxili məhsulundakı payı çoxdan "Böyük yeddiliy"in göstəricisini üstələyir və artmağa davam edir. Təkcə sözügedən ölkələrdən, məsələn, Çin, Hindistan, Braziliya kimi ölkələri qeyd etsək, nəzərə almalıyıq ki, bunların hər birinin ayrı-ayrılıqda potensialları ildən ilə artır”.
Ekspertin sözlərinə görə gələcəkdə təşkilatın pul köçürmələri üçün SWIFT bənzəri bir sistem yaradacağı, öz valyutasını dövriyyəyə buraxacağı mümkündür:
“Əlbəttə, bu, real görünür, lakin bunun üçün müəyyən vaxt tələb olunur. BRICS-in tərkibindəki ölkələrin ortaq maraqları gərək, getdikcə daha da çox möhkəmlənsin. Dünya iqtisadiyyatı elə bir sistem şəklində formalaşıb ki, bundan ötrü uzun bir yol qət edilib. Qlobal iqtisadiyyatda müəyyən balans təşəkkül tapmalıdır. Yalnız, buundan sonra SWIFT və vahid valyuta kimi amillərdən danışmağa dəyər”.
Törə Zeynallı
Demokrat.az