“Qəzzada atəşkəsin əldə olunması, xüsusilə orada yaradılması planlaşdırılan sülhməramlı qüvvələrə Azərbaycanın qoşulması ehtimalını gündəmə gətirir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O əlavə edib ki, Azərbaycan Qəzza Sammitində iştirak edib, müsəlman ölkəsidir:
“Hər zaman fələstinlilərin ədalətli mübarizəsini dəstəkləyib. Azərbaycan 1992-ci ildə Fələstini dövlət kimi tanıyıb. Buna görə də, Azərbaycanın Qəzzada sabitliyin bərpasında iştirakı həm hüquqi, həm də mənəvi borc kimi qiymətləndirilə bilər. Digər tərəfdən, hələlik Həmas idarəçiliyi tam təhvil verməyib və silahlı qüvvələr hələ də onların nəzarətindədir. Atəşkəs təmin olunsa belə, bu vəziyyət müəyyən problemlərin qalmasına səbəb olur. Həmas idarəçilikdən çəkildikdən sonra məsələ daha geniş şəkildə müzakirə ediləcək və bu mərhələdə Azərbaycanın bölgədə iştirakına İsrailin də ciddi etiraz edəcəyi gözlənilmir. Çünki Azərbaycanla İsrail arasında münasibətlər sabit və qarşılıqlı anlaşma şəraitində inkişaf edir”.
Leyla Turan
Demokrat.az