Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı — YENİLƏNİB

HADİSƏ 23 oktyabr 2025, 13:45
Ötən gün Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

Demokrat.az  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
09:41

Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində bir nəfərin batıb.


Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top