Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldı — FOTO

HADİSƏ 23 oktyabr 2025, 12:06

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən Demokrat.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Mərakeş Krallığı vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə 3 (üç) nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 14:32
Top