
Bakının Qaradağ rayonunda tikinti-söküntü işləri aparan “Babək 94” MTK-dan şikayət var.
Bu barədə həmin ərazidə yaşayan sakin Medialive.az-ın qaynar xəttinə müraciət ünvanlayıb.
İzləyici bildirib ki, sözügedən MTK hazırda söküntü həyata keçirir.
Onun iddiasına görə, MTK ərazini sürətlə dağıdaraq orada yaşayan sakinlərin evlərini dəyər-dəyməzinə onlara satmağa məcbur edir.
Şikayətçi eyni zamanda ərazidən foto və video göndərərək mövcud vəziyyəti təqdim edib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, sözügedən MTK-nın mövqeyini öyrənmək istəsək də, heç bir əlaqə vasitəsi tapa bilmədik.