Xaçmazda avtomobildə doğulan körpə öldü — YENİLƏNİB

HADİSƏ 23 oktyabr 2025, 14:17
Oktyabrın 23-də saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Demokrat.az-a verilən xəbərə görə, ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.

Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

13:32

Xaçmaz rayonunda avtomobildə yeni doğulan körpə ölüb.

Demokrat.az xəbər verir ki, Xaçmaz rayon sakini 1985-ci il təvəllüdlü X.A-ova doğuş üçün rayon mərkəzi xəstəxanasına aparılan zaman, ərazidən keçən Dəmir Yolu xətti təmirə bağlandığına görə, avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə "VAZ-21010" markalı nəqliyyat vasitəsində doğuş baş verib. Yeni doğulan körpənin həyatını xilas etmək olmayıb.

X.A-ova isə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top