Bakıda avtobusda BİABIRÇILIQ — Sürücü ilə sərnişinlər arasında mübahisə düşdü (VİDEO)

SOSİAL 23 oktyabr 2025, 13:52
Paytaxtda 49 nömrəli marşrut avtobusunda sərnişinlərlə sürücü arasında gərginlik yaşanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisəyə səbəb avtobusdakı sərnişin sıxlığı olub.

Sərnişinlərin iddiasına görə, marşrut xətti üzrə avtobuslar hər yarım saatdan bir gəlir, nəticədə dayanacaqlarda böyük növbələr yaranır.

Gələn avtobusların da dolu olması narazılıq yaradıb və bu, sürücü ilə sərnişinlər arasında mübahisəyə, daha sonra isə davaya səbəb olub.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top