ABŞ və İsrail Qəzza münaqişəsini müzakirə etmək üçün Dohada görüşəcək

DÜNYA 24 oktyabr 2024, 23:44
ABŞ və İsrail nümayəndə heyətləri Qətərin paytaxtı Dohada Qəzza zolağındakı münaqişəni müzakirə etmək, həmçinin atəşkəslə bağlı məsləhətləşmələr aparmaq üçün görüşəcəklər.

 Demokrat.az
xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

O, bu barədə Dohada ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

“Amerika və İsrail müzakirəçiləri atəşkəs danışıqlarında irəliləyiş əldə etməyin yollarını müzakirə etmək üçün Dohada görüşəcəklər”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top