Kilsədə uşaq xorunun ifası zamanı böyük ekranda porno görünüb

DÜNYA 24 oktyabr 2024, 23:49
Britaniyada uşaq xorunun çıxışı zamanı kilsənin böyük ekranında təsadüfən porno göstərilib.

Demokrat.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, hadisə 2-ci sinif şagirdlərinin çıxışı zamanı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qəfildən ekranda mahnının sözləri əvəzinə porno filmdən bir parça görünəndə uşaqlar heyrətləniblər.

Kilsə bildirib ki, insident texniki işçinin noutbukunun təsadüfən uyğun olmayan məzmunu işə salması nəticəsində baş verib. Hadisə ilə bağlı təhlükəsizlik əməkdaşları çağırılıb.

Məktəb rəsmiləri valideynlərdən üzr istəyib və səhvin dərhal aradan qaldırılacağına əmin ediblər. Kilsə öz araşdırmasını aparsa da, məktəb gələcək tədbirlər üçün obyektdən istifadə etməmək qərarına gəlib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top