YapiKredi Müraciət Forması
Özəl Hadisə

Bakıda yanğın oldu - sakinlər təxliyə edildi

Bakıda yanğın oldu - sakinlər təxliyə edildi

Bakının Nərimanov rayonunda yerləşən yaşayış kompleksində yanğın hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Əliyar Əliyev küçəsi 8 ünvanında yerləşən "Kosmos" yaşayış kompleksində qeydə alınıb.

Yanğınla əlaqədar binanın sakinləri təhlükəsizlik məqsədilə təxliyə ediliblər.

Yanğının başvermə səbəbi və hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat yoxdur.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.