Atalarının məşuqəsindən qisas almaq istəyən bacılardan şok əməl — FOTOLAR

DÜNYA 24 oktyabr 2024, 14:00
Britaniyalı qadın atasının məşuqəsindən qisas aldıqdan sonra həbsxanaya düşüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə "The Sun" yazıb.

İngilis qadının atası evli bir qadınla münasibət qurub. Qadın sevgilisinə şəxsi fotolarını göndərib. Bu şəkillər bir gün kişinin qızlarının əlinə keçib.

Qızlardan biri qadından qisas almaq planı hazırlayıb, ikincisi isə həyata keçirib. Bacılar tapdıqları fotoşəkilləri qadınların pul müqabilində kişilərlə görüşdüyü internet saytında dərc ediblər.

Əlaqə yerində isə qadının ərinin nömrəsini göstəriblər. Nəticədə həyat yoldaşı ilə görüşmək istəyənlər kişiyə zənglər etməyə başlayıb. Bundan əlavə, qızlardan biri kişinin şirkəti haqqında mənfi rəylər dərc edib.

Maraqlıdır ki, bacılardan biri polisdə işləyib. Hadisə məlum olduqdan sonra planı gündəmə gətirən bacı ömürlük polisdən uzaqlaşdırılıb. Prosesdə ikinci təqsirləndirilən şəxs, hazırda 24 yaşında olan qız isə 3 il müddətinə azadlıqdan məhrum edilib.















Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top