Ərdoğan Fələstin dövlətini tanımağa çağırıb

DÜNYA 24 oktyabr 2024, 14:51
"Daha ədalətli bir dünya mümkündür".

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach”/“BRİCS+” formatının ilk plenar iclasında bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkiyə Afrika və Karib hövzəsi ölkələri ilə əməkdaşlığı genişləndirir: “BRICS ailəsi ilə də əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Yaxın Şərqdə axan qan durdurulmalıdır: “Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgəmizdə sülhün açarıdır. Bu mənada Fələstini tanımayan dövlətləri Fələstini tanımağa çağırıram”.

Türkiyə Prezidenti İsrailə silah satışını dayandırmağa çağırıb.APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top