Fətullah Gülənin məzarı qazıldı — Dəfn tarixi açıqlandı

DÜNYA 24 oktyabr 2024, 11:12
Ölümündən günlər keçməsinə baxmayaraq, FETÖ-nun qərargahına 15 dəqiqəlik məsafədəki Ent Luke Xəstəxanasında olan təşkilat lideri Fətullah Gülənninin cənazəsi hələ təhvil alınmayıb. Ancaq təxminlərə görə, onun yaşadığı malikanənin arxasındakı meşədə görünən iki iş maşını Gülən üçün məzar qazıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Təhlükəsizlik mənbələrinin təsdiqlədiyi məlumata görə, Fətullah Gülən bu gün malikanənin ərazisində dəfn ediləcək. Qurumun daxili yazışmalarında bu gün keçiriləcək dəfn mərasimində yalnız ailə və yaxınlarının iştirakına icazə veriləcəyi, kənardan heç kimin buraxılmayacağı açıqlanıb.

CNN TÜRK-ün dron kamerasına əks olunan görüntülərdə malikanənən avtoparkının dolu olduğu, lakin ilk günlə müqayisədə ziyarətçi sayında artım olmadığı görülüb.

Təşkilatın ABŞ-dakı daxili yazışmalarında bu gün keçiriləcək mərasimin bölgədəki bir stadionda keçiriləcəyi bildirilib və xüsusilə gənclərin gəlməyə təşviq edildiyi qeyd olunub. 

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top