Qonşu ölkədə güclü zəlzələ oldu — 6,2 bal

REGİON 24 oktyabr 2024, 10:51
Sakit okeanda, Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə 6,2 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonova xəbər verib.

Məlumata görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.

O da vurğulanır ki, xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top