Gürcüstanda mitinq keçirilir — Zurabişvili də iştirak edir

REGİON 20 oktyabr 2024, 21:51
Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış“Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinq keçirir.

Onlar yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər.

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin mitinqində iştirak edir.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 oktyabr 2024, 12:18
Top