Türkiyədə 21 körpə həkimlərin pul qazanmaq istəyinə görə dünyasını dəyişib

REGİON 18 oktyabr 2024, 21:59
Türkiyədə həkimlər yeni doğulmuş körpələri təcili yardım şöbələrindən özəl klinikalara yönləndirərək, qanunsuz gəlir əldə edib. Nəticədə ən azı 21 uşaq dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

Şübhəlilərin məqsədi uşaqların vəziyyətini yaxşılaşdırmaq yox, maksimum qazanc əldə etmək olub.İttihama görə, şübhəlilər körpə xəstələri yeni doğulan uşaqların lazımi tibbi yardımı ala bildikləri xəstəxanalara deyil, əvvəllər razılaşdıqları xəstəxanalara köçürüblər.İttiham tərəfinin fikrincə, cinayətkar qrupun üzvləri körpələrin valideynlərini “həkimlərin” seçdiyi özəl xəstəxanalardan birinə getməyə məcbur ediblər. Orada uşaqları neonatal şöbələrə yerləşdirirdilər və beləliklə, həkimlər dövlət xəstəxanasından 3-4 dəfə çox pul alırdılar. Uşaqlar da xəstəxanalarda gözləniləndən bir neçə dəfə çox qalıb.Prokurorluq azı 21 körpənin ölümü ilə bağlı cinayət işi açıb. İttihamda ölümə səbəb kimi uşaqların neonatal palatalarda yoluxduğu infeksiyalar, həmçinin dəstə üzvlərinin razılaşdığı xəstəxanalarda ümumi həkim çatışmazlığı göstərilir. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top