Dörd litr su içən qadın nəticədə reanimasiyaya düşüb

DÜNYA 18 oktyabr 2024, 21:16
Avstraliyalı bir qadın  çox su içdikdən sonra reanimasiyaya düşüb.

Demokrat.az xəbər verir ki, LADBible yazır. 

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə düşüb. Böyük miqdarda su və qəbul etdiyi dərmanların birləşməsi onun beş gün ərzində reanimasiya şöbəsinə yerləşdirilməsinə səbəb olub.

Həkimlər qadına bildiriblər ki, çox içmək onun qanında natrium səviyyəsinin 100 milliekvivalentə düşməsinə səbəb olub ki, bu da normal səviyyədə olan 135-dən xeyli aşağıdır. Nina 6 həftədir öskürək və soyuqdəymədən əziyyət çəkdiyini və həkimlərin dediklərinə əməl etməyə çalışdığını deyib. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 21:22
Top