Putin Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcək

DÜNYA 18 oktyabr 2024, 19:28
G20 sammitində ölkənin maraqlarını kimin yüksək səviyyədə təmsil edəcəyini Rusiya hakimiyyəti müəyyən edəcək.

 Demokrat.az
xəbər verir ki , bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
 
Braziliyada ölkəmizin maraqlarını layiqincə təmsil edəcək birini tapacağıq  ”, - deyə dövlət başçısı bildirib.

Braziliya 2023-cü il dekabrın 1-də G20-yə sədrlik edib. Yekun sammit 18-19 noyabrda Rio-de-Janeyroda baş tutacaq.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Qərb ölkələrinin G20-nin əvvəlki iclasında gündəmi “Ukraynalaşdırmaq” cəhdləri  cənubun əksər dövlətlərinin dəstəyinin olmaması səbəbindən uğursuz olub.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top