Uşaqlarımızın qorxularını necə dəf edək? — Psixoloq tövsiyəsi

GÜNDƏM 18 oktyabr 2024, 18:46
"Kiçik yaşlarda yaranan qorxular gələcəkdə nitq problemlərinə və travmalara səbəb ola bilir.

Demokrat.az xəbər verir ki, bu sözləri psixoloq Fidan Nəzirova deyib:

"Yaşa görə qorxu obyektləri də dəyişir. 6-1 yaş aralığında olan körpələr tanımadıqları şəxslərdən də qorxa bilir. Uşağın anidən yuxudan ayılması da bu qorxunun yaratdığı fəsaddır. 3-4 yaş aralığında olan azyaşlılar cizgifilm personajlarından qorxurlar". 

Psixoloq qeyd edib ki, məktəbəqədər yaşda olan uşaqlarda məktəbə adaptasiya problemi yaranır: 

"Valideyni itirmək qorxusu ilə üzləşirlər. Bir çox uşaqlarda travmadan yaranan qorxular var. Avtoqəza, ailə münaqişəsi, heyvan qorxusu bu travmaların yaranmasına səbəb ola bilir. Qorxularla bağlı tədbir görülmədikdə bunlar fobiaya çevrilir və psixi dəyişiklik yaranır. Məsələn, kəkələmə ağır nitq qüsurudur. Nitqin itirilməsi halı da baş verir".

Onun sözlərinə görə, qorxular müalicə edilmədikdə ağırlaşır:

"7-12 yaş aralığında yeniyetmələr cin-şeytan kimi məfhumlardan qorxub, travma qazan bilir.Vaxtında psixoloqa müraciət etməmək travmaların qalıcı olması ilə nəticələnir.
Uşaqlarınızda qorxudan yaranan travma, depressiya halları varsa, mütəxəssisə müraciət mütləqdir. Çünki, intihara qədər gətirib çıxara bilir".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top