İsraillə İran arasında müharibənin başlaması ehtimalı yüksəkdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli mediaya müsahibəsində belə deyib. İsrailin xarici işlər naziri isə Fələstinin HƏMAS hərəkatının siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail əsgərləri tərəfindən öldürüldüyünü təsdiqləyib.
Müharibə olması ehtimalını Demokrat.az-a dəyərləndirən politoloq Əhəd Məmmədli söyləyib ki, İran-İsrail münasibətləri hazırda özünün ən gərgin fazasındadır:
“Uzun müddətli İran-İsrail və ya İran-Amerika müharibəsinin olacağını gözləmirəm. Ən azından bu, İran və ABŞ-nin maraqlarına cavab vermir. Ola bilər ki, İsrail ərazilərini genişləndirmək, deyildiyi kimi vəd olunmuş torpaqlara yiyələnmək üçün müharibəni istəyə bilər. İsrailin müxalifətdə olan qüvvələri də müharibənin əleyhinədirlər, çünki müharibənin İsrailə xeyir gətirməyəcəyini bilirlər. Elə İranın 6 nüvə başlığı kifayətdir ki, İsrail yer üzündən silinsin. İndiki şərtlər altında müharibənin olacağını düşünmürəm. Tarixə də baxsaq görərik ki, İran dövlətinin parçalanması Qərbin maraqlarına cavab vermir, çünki İran həmişə Qərbin Yaxın Şərqdəki müttəfiqi olub”.
Törə Zeynallı
Demokrat.az