Afrikada meymunçiçəyinə yoluxma halları artır

DÜNYA 18 oktyabr 2024, 19:14
Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) M-pox virusunun (mpox) səbəb olduğu ölümlərin bütün qitədə 1100-ə çatdığını açıqlayıb. 

Demokrat.az xəbər verir ki, Kaseya, son bir həftədə 3 min 51 Mpox hadisəsinin aşkar edildiyini və epidemiyada 50 nəfərin öldüyünü, Zimbabve və Zambiyada yeni halların bildirildiyini açıqladı. Kaseya epidemiyanın Afrikanın 18 ölkəsində yayıldığını və yoluxma sayının 42 min 438, epidemiyada ölənlərin sayının isə 1100-ə yüksəldiyini bildirib. Digər tərəfdən, Kaseya, M-pox hadisələrinin yüzdə 86-nın Mərkəzi Afrika bölgəsində aşkar edildiyini ifadə edib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 18:12
Top