4 milyard dollar fırıldaqçılığın qarşısı necə alınıb?

DÜNYA 18 oktyabr 2024, 15:12
ABŞ Maliyyə Nazirliyi süni intellektin köməyi ilə 4 milyard dollarlıq fırıldaqçılığın qarşısını alıb. 

Demokrat.az "Hürriyet"ə istinadən xəbər verir ki, ötən maliyyə ilində aparılan bloklamalar çek fırıldaqçılığı və yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.

Nazirlikdən verilən yazılı açıqlamada son dövrlərdə tətbiq edilən təkmilləşdirilmiş fırıldaqçılığın aşkarlanması proseslərində süni intellektin istifadəsi ilə bağlı məlumatlar paylaşılıb. Nazirlik fırıldaqçılığın aşkar edilməsi üçün süni intellektdən istifadə edildiyi və bu üsulla 2023-cü ilin oktyabr-2024-cü ilin sentyabr aylarını əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan çox qeyri-qanuni və saxta ödənişlərin bərpa edildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, bərpa edilən ümumi məbləğin təxminən 1 milyard dolları çek fırıldaqçılığı ilə, təxminən 2,5 milyard dolları isə yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.

"Son bir il ərzində biz 4 milyard dollardan çox saxta və düzgün olmayan ödənişlərin qarşısının alınmasında mühüm irəliləyiş əldə etdik. Biz vergi ödəyicilərinin pullarının səmərəli idarə olunmasına ciddi yanaşırıq və müvafiq qurumlarla əməkdaşlığı davam etdirəcəyik", deyə bəyanatda bildirilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 oktyabr 2024, 15:50
Top