Yanğınsöndürmə məntəqəsi yanaraq külə dönüb

DÜNYA 17 oktyabr 2024, 22:10
Almaniyada yeni yanğınsöndürmə məntəqəsi  həyəcan siqnalının olmaması səbəbindən yanıb.

Demokrat.az xəbər verir ki, bu barədə The Guardian yazır.

Dəyəri on milyonlarla avro olan yeni yanğınsöndürmə məntəqəsi yanğın nəticəsində tamamilə məhv olub. Ekspertlərin fikrincə, yanğın avtomobillərdən birində olub, bundan sonra alov bütün binanı bürüyüb. Üstəlik, stansiyada həyəcan siqnalı olmadığından, xeyli vaxt itirdikdən sonra yanğını söndürməyə başlayıblar.

Hündürlüyü 10 metrə çatan yanğınla yerli könüllülər də daxil olmaqla 170-ə yaxın yanğınsöndürən mübarizə aparıb. 10 yanğınsöndürən maşının yanmasına baxmayaraq, xəsarət alan olmayıb. Bölgə müfəttişi Lars Şefer hadisəni “yanğınsöndürənlərin kabusu” kimi qiymətləndirib.

Yanğın nəticəsində dəymiş ziyan 20-24 milyon avro qiymətləndirilir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top