Tovuzda ana və azyaşlı övladı dəm qazından zəhərlənib

HADİSƏ 17 oktyabr 2024, 23:30

Tovuz rayon Əbulbəyli kəndində ana və övladı dəm qazından zəhərlənib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Ü.İsmayılova və övladı 2011-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top