Tovuzda şərab zavodunda yanğın məhdudlaşdırılıb — YENİLƏNDİ

HADİSƏ 17 oktyabr 2024, 10:53
Xəbər verildiyi kimi, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***10:46

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Demokrat.az 
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

****09:50

Tovuzda yanğın hadisəsi baş verib.


Demokrat.az APA-ya istinadən məlumat verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top