“Hesabı həll etdik” — Netanyahu

DÜNYA 18 oktyabr 2024, 00:30

HƏMAS hərəkatının lideri Yəhya Sinvarın məhv edilməsi qruplaşmanın “son gününün başlanğıcı” olacaq”.

Demokrat.az “Qafqazinfo”- ya  istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Hesabı həll etdik. Pisliyə zərbə vurulub, amma bizim vəzifəmiz hələ də tamamlanmayıb”, - deyə hökumət başçısı bildirib.

Netanyahu həmçinin girovların ailələrinə müraciət edib. O, videomüraciətində bildirib ki, İsrail Müdafiə Qüvvələri onları evlərinə qaytarmaq üçün “tam gücü ilə” çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top