Bu ölkə BRİKS-ə qoşulmaq niyyətini təsdiqləyib

DÜNYA 17 oktyabr 2024, 14:39
Malayziya BRICS ölkələrinə təşkilata qoşulmaq niyyətini təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə krallığın investisiya, ticarət və sənaye nazirinin müavini Lyu Çin Tonqa məlumat yayıb.

Xarici işlər naziri Datuk Seri Mohamad Hassan 9 BRİKS ölkəsinin xarici işlər nazirlərinə Malayziyanın qoşulmaq niyyətini təsdiqləyən rəsmi məktub göndərib. 

"Oktyabrın sonunda BRICS sammitində yüksək səviyyəli Malayziya nazirinin iştirakı BRICS liderlərindən dəstək qazanmaq üçün dəyərli fürsətdir", - deyən Lie təşkilata qoşulmaq istəyinin ölkənin müstəqil dövlət kimi mövqeyinə uyğun olduğunu qeyd edib.

Onun fikrincə, bu, BRİKS-in neytrallıq və çoxtərəfli siyasətini daha da gücləndirəcək.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top