Peskov: "Rusiya İstintaq Komitəsinin rəhbəri və Azərbaycanın Baş prokuroru problemli məsələləri müzakirə edirlər"

DÜNYA 02 iyul 2025, 15:11
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə Yekaterinburq və Bakıda baş vermiş hadisələrin araşdırılması ilə bağlı bütün problemli məsələləri nəzərdən keçirirlər.

Ordu.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın Baş prokuroru ilə daimi əlaqədədir, bu əlaqələr zamanı onlar problemli hesab edilən məsələləri araşdırırlar", - deyə o qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top