Ukraynada briqada komandiri həlak oldu

DÜNYA 02 iyul 2025, 10:21
Ukraynada 110-cu mexanikləşdirilmiş briqadanın komandiri Sergey Zaxareviç Rusiyanın Hülyaypol şəhərinə endirdiyi raket zərbəsi nəticəsində həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib. Son məlumata görə, hücum zamanı 30-dan çox insan yaralanıb və onlara yardım göstərilir.

"Hülyaypola endirilən zərbədən sonra təəssüf ki, itkilər var - həm hərbçilər, həm də mülki şəxslər. 110-cu mexanikləşdirilmiş briqadanın komandiri polkovnik Zaxareviç və briqadanın digər ohərbçiləri həlak olub", - prezident deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top