Maral ətindən kolbasa — Ovçular cəzalandırıldı

DÜNYA 17 oktyabr 2024, 19:36
Türkiyənin Kastamonu vilayətində qanunsuz maral ovu ilə məşğul olan şəxslər saxlanılıblar. 

Demokrat.az
"NTV Türkiye"yə istinadən xəbər verir ki, şübhəli bilinən 5 ovçu 443 min türk lirəsi məbləğində cərimələnib. Şübhəlilərin evində aparılan axtarış zamanı çoxlu maral başı, maral əti, maral ətindən hazırlanmış kolbasa və dovşan əti ələ keçirilib.

Axtarışlar zamanı 1 maral başı və maral dərisi, 36 kilo 100 qram maral əti, maral ətindən hazırlanmış 14 kilo 400 qram kolbasa, 5 kilo 930 qram dovşan əti, 2 ov tüfəngi və 32 patron istintaqa təqdim olunub.

Maral başı və dərisi Təbiəti Mühafizə və Milli Parklar İdarəsinə təhvil verilib. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top