İlon Maskdan Trampın seçki kampaniyasına böyük dəstək

DÜNYA 17 oktyabr 2024, 21:10
Amerikalı milyarder İlon Maskın son 3 ayda ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar xərclədiyi bildirilib.

Demokrat.az xəbər verir ki, Federal Seçki Komissiyasının (FEC) hazırkı məlumatlarına görə, amerikalı milyarder Mask iyul-avqust-sentyabr aylarını əhatə edən dövrdə Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar ianə edib.

Dəfələrlə Trampa açıq dəstəyini ifadə edən və bu yaxınlarda Respublikaçı namizədin seçki mitinqinə qatılan Maskın yay dövründə Trampın ianələrinin artmasında mühüm rolu olub. Digər tərəfdən, uzun müddətdir Trampın güclü tərəfdarı olan Miriam Adelson və Richard Uihlein kimi Respublikaçılar Partiyasının tərəfdarlarının bu müddət ərzində Trampa ianələrini artırdığı qeyd edilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top