Paltaryuyan maşın partlayıb — Azyaşlı xəstəxanaya yerləşdirilib

DÜNYA 17 oktyabr 2024, 14:36
Böyük Britaniyada 15 aylıq uşaq paltaryuyan maşının üzünə partlaması nəticəsində şüşə qırıntılarından xəsarət alıb. 

Azyaşlının anası bildirib: “Mən partlayışın yüksək səsini eşitdikdə, arxaya çevrildim. Brody sol tərəfimdə idi və o, qan içində idi.  O, qışqırdı və ağladı”. 

Oğlunu belə vəziyyətdə görən ana az qala huşunu itirdiyini deyir. Çoxlu şüşə qırıntıları onun üzünə, boynuna, qollarına, əllərinə və  ayaqlarına batıb. 

"Uşağı olan hər kəsə deyirəm ki, onları paltaryuyan maşından uzaq tutun" 

Ana əmindir ki, paltaryuyan maşında nasazlıq olub və istehsalçı bundan xəbər tutsa da, hadisədən sonra ailədən üzr istəməyib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top