"Azərbaycan 70-80 min qonaq qəbul etməyə hazırlaşır" — AÇIQLAMA

COP29 17 oktyabr 2024, 21:19
"COP29 beynəlxalq və mühüm tədbirdir. Dünya iqlim dəyişiklikləri ilə bağlı mübarizəyə həsr olunan toplantıdır. Bu cür toplantılarda dövlət rəhbərləri, rəsmi şəxslər və bu istiqamətdə fəaliyyət göstərən elmi dairələrin nümayəndələri iştirak edir. Adətən bu cür toplantılarda iştirakçıların sayı minlərlə ölçülür".

Politoloq Oqtay Qasımov COP-29 kimi genişmiqyaslı tədbirin Azərbaycan üçün əhəmiyyətindən danışıb:

"Hazırda Azərbaycan 70-80 min qonaq qəbul etməyə hazırlaşır. Dünyada ölkə rəhbərlərinə bununla bağlı dəvətlər göndərilib. 
COP-29 Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu tədbir miqyasına, Azərbaycanın tutduğu mövqeyə və yaşıl enerjiyə keçidlə bağlı son dövrlərdə apardığı siyasətə görə önəmlidir. Ən önəmlisi odur ki, Azərbaycan müstəqilli dönəmində bu cür yüksək səviyyəli tədbirə ev sahibliyi edir. Ölkəmizə böyük sayda rəsmi dövlət adamlarının gəlməsi Azərbaycanın adının təbliği və nüfuzunun güclənməsi baxımından vacibdir".


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top