Səfir: COP29-da Macarıstanı Baş nazir Viktor Orban təmsil edəcək

COP29 14 oktyabr 2024, 20:14
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Baş nazir Viktor Orban Macarıstanı təmsil edəcək və bir ildən az müddətdə üçüncü dəfə Azərbaycana səfər edəcək.

Bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsiredici bir iş görür. Macarıstan Azərbaycanın Sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, ölkə tədbirə uğurla ev sahibliyi edəcək", - səfir bildirib.

Onun sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Macarıstan münasibətləri inkişaf edir.

Səfir vurğulayıb ki, iki ölkəni Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniyanın birgə təşəbbüsü ilə Avropanın təmiz enerji təchizatına töhfə verən Yaşıl Enerji Dəhlizi Layihəsi birləșdirəcək.

"Macarıstan șirkəti tərəfindən işğaldan azad olunmuş Soltanlı qəsəbəsinin yenidən qurulması davam edir. Bu həm yenidənqurma üzrə öhdəliklərimizi, həm də münasibətlərimizdə təhsilin rolunu simvolizə edir", - səfir əlavə edib.

Qeyd edək ki, Bakıda Macarıstanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirir. Tədbirdə fəxri qonaq qismində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edir. Qonaqlar arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclis üzvləri də yer alıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top