COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb — HESABAT

COP29 21 dekabr 2024, 13:31
COP29 ərəfəsində bir sıra beynəlxalq QHT-lərin koalisiyalar (COP29 İqlim Ədaləti Koalisiyası və COP-da haqqını tələb et) və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdikləri və təşəbbüslər irəli sürdükləri, qərəzli və birtərəfli hesabatlar hazırladıqları müəyyən edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, aşkarlanan QHT və fondların, demək olar ki, hamısının mənzil-qərargahı Qərb ölkələrində yerləşir və əsas donorları dövlət orqanları və institutlarıdır:

"Onların bəziləri donorlarını açıq, bəziləri qismən göstərir və həmin məlumatları tam qapalı saxlayanlar da mövcuddur. Onların hamısının parlamentlərdə olduğu kimi, eyni tezislərdən istifadə edərək Azərbaycanı hədəf aldıqları faktlarla sübut edilir”.

Hesabatda vurğulanıb ki, "COP-da haqqını tələb et” adlı koalisiya 2024-cü il sentyabrın 11-də yaradılıb. 33 QHT-nin və iki nəfər fiziki şəxsin qoşulduğu bu şəbəkə beynəlxalq ictimaiyyətə ünvanlanmış və Azərbaycana qarşı qərəzlə dolu olan müraciət imzalayıb.

"Tələbləri Azərbaycanın insan hüquqları və iqlim ədaləti üzrə öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi motivli həbsləri dayandırması, dövlət rəsmilərinin işgəncə və qeyri-insani davranışa görə məsuliyyətə cəlb edilməsi və vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərin götürülməsi məqsədilə qanunlarda dəyişiklik edilməsidir”.

Milli Məclisin komitəsinin sənədində vurğulanır ki, hesabat hazırlanan dövrdə öz veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 1-də keçib) Azərbaycan əleyhinə 20 yazı paylaşıb və "X” platformasında fəal təbliğat aparıb.

"COP29 İqlim Ədaləti Koalisiyasının fəaliyyəti ilə bağlı veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 22-də keçib) çox məlumat qoyulmasa da, təhlükəli şüarları diqqət cəlb edir – "Gəlin həmrəylik göstərərək, təşkilatlanmanı genişləndirək, dirənişimizi möhkəmləndirək, ədalət üçün mübarizəni gücləndirək, yeni və daha yaxşı dünya naminə sistem dəyişikliyinə nail olaq”.



Hesabat müəllifləri bildiriblər ki, açıq mənbələrin tədqiqi (OSINT) nəticəsində müəyyən edilib ki, bu "koalisiyalar” Azərbaycanda konkret cinayətə görə həbs olunmuş bir şəxsin yaxın ətrafı tərəfindən süni şəkildə formalaşdırılıb.

"Bu koalisiyaların fəaliyyətləri və tələbləri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi hesab edilə bilər”- hesabatda bildirilib.
Bundan başqa hesabatda qeyd olunur ki, Ermənistan COP29 tədbirinin Azərbaycanda keçirilməsinə rəsmən razılıq versə də, arxa planda həmişə Azərbaycana qarşı bütün platformalarda əks-təbliğat aparıb:

"İqlim konfransına aidiyyəti olmayan məsələləri qabardır, süni gərginlik yaratmağa və Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə cəhdlər göstərir. Əgər ilk vaxtlar və sonrakı mərhələdə COP29-la heç bir əlaqəsi olmayan sülh danışıqları, sülh müqaviləsi, hərbi cinayətlər törətmiş şəxslərin azad edilməsi məsələləri süni surətdə gündəmə gətirilirdisə, son vaxtlar Ermənistan rəsmiləri tərəfindən tez-tez "Azərbaycan Ermənistana qarşı gələcək eskalasiyanı qanuniləşdirmək üçün COP29-dan istifadə edəcək” tezisindən istifadə edildiyini görmək olur”.

2023-cü ilin martından "Rasmussen Global” Aİ-dən bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top