Məktəblərdə vahid geyimlə bağlı yeni qaydalar açıqlandı

CƏMİYYƏT 22 sentyabr 2026, 14:00
Məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Qaydalarda şagirdlərin məktəbdə hansı geyimlərdən istifadə edə bilməyəcəyi də konkret göstərilib.

Təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, artıq məktəblilərin geyim forması ilə bağlı 2022-ci ildə Nazirlər Kabineti tərəfindən qərar qəbul olunmuşdu.



Onun sözlərinə görə, lakin görünür, bu kifayət etmədi:

“Bu məsələ ilə bağlı valideynlər, müəllimlər və ictimaiyyət arasında yenə müəyyən narazılıqlar yaranmağa başladı. Çünki artıq qayda pozuntuları ilə bağlı valideynlər tərəfindən müraciətlər daxil olurdu.

Əlbəttə ki, valideyn qruplarında aparılan müzakirələrdən də belə bir fikir yaranırdı ki, kiminsə qısa ətəklə gəlməsi xüsusi narazılıq yaradır.

Məktəblilərin vahid bir sistemdə olması həm dünyəvi prinsipləri əsas götürəcək, həm də şagirdlərin bir-birinə münasibətində müəyyən davranış qaydalarının formalaşmasına nümunə kimi tətbiq olunacaq. 

Yəni qərarın tətbiqində yenilik ondan ibarətdir ki, artıq burada valideynlərin üzərinə bir məsuliyyət qoyulur. Belə ki, valideynlər övladlarının məktəbdə forma tələblərinə tam əməl etməsinə görə öhdəlik götürəcəklər”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top