"AzerGold" QSC-nin hədəfi 2030-cu ilə qədər dağ-mədən sənayesində dəyər zəncirini əhəmiyyətli dərəcədə genişləndirməkdir.
Bunu "AzerGold"in İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
"AzerGold"un fəaliyyəti artıq dağ-mədən sənayesinin bütün əsas dəyər zəncirini əhatə edir. Şirkət geoloji kəşfiyyatına da başlayaraq, hasilat, emal, ixrac və satış mərhələlərini vahid sistem şəklində ifadə edir. Geoloji kəşfiyyatda müasir hiperspektral və aeroelektral maqnetik tədqiqat metodlarından istifadə etməklə yeni perspektivli sahələr müəyyən edilir və resurslar aşkarlanır. "Çovdar"da iki fərqli emal texnologiyası vasitəsilə ildə təxminən 70 min unsiya qızıl hasil olunur, emal nəticəsində qızıl və gümüş tərkibli xəlitələr istehsal olunur, əsas hissəsi ixrac edilir, digər hissəsi isə daxili bazarda satılır.
2030-cu ilə qədər dəyər zəncirini əhəmiyyətli dərəcədə genişləndirmək məqsədi ilə "Filizçay", "Daşkəsən", "Ortakənd" və "Söyüdlü" yataqları istismara hazırlanacaq. "Filizçay"da mis, sink və qurğuşun tamhəcmli emalı, "Söyüdlü"də flatasiya üsulu ilə qızılın emalı, "Daşkəsən" layihəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton ən yüksək keyfiyyətə cavab verən isti briketləşmiş dəmir istehsalı gücü yaradılacaq. Bununla da "AzerGold" qiymətli əlvan və qara metallar üzrə ixrac potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək", -deyə o, qeyd edib. (report)
Demokrat.az